Səbuhi Abdullayev Belarus Respublikasında işgüzar səfərdədir

img

5-8 sentyabr 2024-cü il tarixlərində Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qəbələ rayonu ilə qardaşlaşmış Belarus Respublikasının Qrodno şəhərində işgüzar səfərdə olub.


Rezonans.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti şəhər rəhbərliyi ilə görüşmüş, Belarus Respublikasının Qrodno şəhəri ilə Azərbaycan Respublikasının Qəbələ rayonu arasında mövcud əlaqələrin perspektivləri müzakirə edilmişdir. 


Həmçinin səfər zamanı nümayəndə heyətimiz Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə həsr olunmuş abidə kompleksini ziyarət etmiş və Qrodno Beynəlxalq İqtisadi Forumunda iştirak etmişlər. Forum çərçivəsində  “Qəbələ şəhəri (Azərbaycan Respublikası) ilə Qrodno şəhəri (Belarus Respublikası) arasında 2024-2026-cı illər üçün qardaşlaşmış şəhərlərin qarşılıqlı əlaqələrinin yaradılmasına dair “Anlaşma Memorandumu”nun həyata keçirilməsi haqqında Tədbirlər Planı - “Yol xəritəsi” imzalanmışdır. Daha sonra nümayəndə heyəti Qrodno şəhərinin sənaye, iqtisadi və turizm potensialını əks etdirən sərginin açılış və sərgiyə baxış mərasimlərində,  şəhərin 896-cı ildönümü münasibətilə təşkil edilmiş “Şəhər günü” bayram tədbirlərində və ənənəvi Pendir festivalında iştirak etmişlər.

Xəbəri paylaş: