Qubada yeni körpü istifadəyə verildi

img

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədi ilə Quba rayonunun Adur kəndində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa edilmiş yeni körpü istifadəyə verilib.

Rezonans.az xəbər verir ki, körpünün inşasını qısa müddət ərzində agentliyin 11 №-li xüsusi təyinatlı yol istismarı MMC-si həyata keçirib.

Quba rayon mərkəzindən 50 km aralıda yerləşən Adur kəndinin giriş hissəsində inşa edilən körpünün keçid hissəsinin uzunluğu 7 metr, eni isə 4 metr təşkil edir.

Körpünün istifadəyə verilməsi tədbirində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və kollektivi, həmçinin Adur kənd sakinləri iştirak edib.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər. 

Xəbəri paylaş: