"Dəmir Yumruq" yerindədir: Ermənilər müharibəyə hazırlaşır?

img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, "Dəmir Yumruq" yerindədir və hər an düşmənin istənilən təxribatına cavab verməyə hazırdır. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının birliyini və ordusunun gücünü nümayiş etdirən bu simvol, müharibə sonrası dövrdə də hərbi və siyasi qüdrətin rəmzi olaraq qalmaqdadır.


Son zamanlar Ermənistanın hərbi fəallığının artması və yeni silah-sursat alımları, onların yenidən müharibə planları qurduqlarına dair şübhələr yaradır. Ermənistan hökumətinin sərhəd boyu hərbi təlimləri intensivləşdirməsi, əsgərlərini cəbhə xəttinə yerləşdirməsi, eyni zamanda müxtəlif beynəlxalq mənbələrdən aldığı hərbi yardımlar da bu hazırlıqların bir hissəsi kimi dəyərləndirilir. Erməni mediası da tez-tez müharibəyə hazırlaşmağın vacibliyini vurğulayan materiallar yayımlayır, bu da onların təxribatçı niyyətlərini açıq-aşkar göstərir.


Azərbaycan isə işğaldan azad edilmiş ərazilərdə dövlət quruculuğu işlərini sürətlə davam etdirir. Yeni infrastruktur layihələri, strateji əhəmiyyətli yolların çəkilməsi və iqtisadi inkişaf üçün yaradılan şərait, ölkənin gələcəkdə daha da güclənməsinə xidmət edir. Bununla yanaşı, Azərbaycan Ordusu müasir silahlarla təchiz edilir, hərbi təlimlərə xüsusi diqqət ayrılır və "Dəmir Yumruq" ətrafında ordunun nizam-intizamı və gücü qorunub saxlanılır.


Bu vəziyyətdə hərbi qüvvələrimiz də erməni tərəfinin istənilən təxribatına cavab verməyə tam hazırdır. Ölkəmizin sərhədləri daxilində sabitliyin qorunması və işğaldan azad edilmiş torpaqların təhlükəsizliyinin təmin olunması üçün ordumuz hər zaman yüksək hazırlıq vəziyyətindədir. Azərbaycanın hərbi və siyasi gücünün artırılması, beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsi və işğaldan azad edilmiş ərazilərdə davamlı inkişafın təmin edilməsi, Ermənistanın müharibə niyyətlərinin qarşısını almaqda mühüm rol oynayır.


"Dəmir Yumruq"un yenidən qalxması ehtimalına qarşı Ermənistan tərəfinin düzgün diplomatik addımlar atması və regionda sülhün bərqərar olunmasına töhfə verməsi zəruridir. Ancaq hazırkı şərait göstərir ki, Ermənistan öz təxribatçı niyyətlərindən əl çəkmək niyyətində deyil, bu isə bölgədə yenidən gərginlik yarada bilər.


Sahilə Bayramlı

Xəbəri paylaş: