“Mərkəzi Seçki Komissiyası daxil olan 4 müraciəti baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərib”.
Rezonans.az xəbər verir ki, bununla bağlı Komissiyanın bu gün keçirilən iclasında qərar layihələri müzakirə edilib.
Belə ki, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd Aras Şahverdiyev, 31 saylı Suraxanı seçki dairəsindən Mahmud Mahmudov, 11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən namizəd Fəxrəddin Mehdiyev seçki məntəqələrində qayda pozuntularına yol verilməsi ilə bağlı MSK-ya şikayət ərizəsi göndərib.
69 saylı Biləsuvar seçki dairəsindən daxil olan müraciət isə müəyyən edilmiş vaxtı keçdiyindən ərizəçiyə geri qaytarılıb.
Qeyd edək ki, qərarlar səsverməyə qoyularaq qəbul olunub.