İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində humanitar zonada yerləşən komanda mərkəzində olan yüksək rütbəli HƏMAS komandirlərinə zərbə endirib.
Rezonans.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
"Bu terrorçular oktyabrın 7-də törədilən qətllərdə bilavasitə iştirak ediblər və bu yaxınlarda terror fəaliyyətləri həyata keçiriblər”, - İDF (İsrail Müdafiə Qüvvələri) nümayəndələri bildiriblər.
Bildirilir ki, zərbənin hədəfi HƏMAS-ın aviasiya bölməsi və müşahidə və hədəflər departamentinin rəhbərləri olub.