Sərhədlərin delimitasiyası üzrə komissiyaların əsasnaməsinə bu tarixdə baxılacaq

img

Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnaməyə sentyabrın 24-də baxacaq. 

Rezonans.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 

Məhkəmə avqustun 30-da İrəvan və Bakının imzaladığı sənədin Konstitusiyaya uyğunluğunu yoxlamalıdır. Ötən həftə reqlament Ermənistan hökumətinin iclasında təsdiq edilib. Konstitusiya Məhkəməsində baxıldıqdan və müsbət nəticə verdikdən sonra parlamentdə müzakirəyə çıxarılacaq.

Xəbəri paylaş: