Paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisində evə basqın edənlərin yeni görüntüləri yayılıb.
Rezonans.az xəbər verir ki, hadisə saat 21 radələrində Abay Kunanbayev küçəsində baş verib. İlkin məlumatlara əsasən, cinayətkarlar saat 21:00 radələrində evin qarşısında gözləyiblər, hava qaraldıqdan sonra isə mənzilə daxil olublar. Silahlı şəxs ev sahibinin başına silah dayayaraq 30 milyon dollar tələb edib.
Evdə baş verənləri kameradan izləyən ailə üzvlərindən biri polisə zəng edib və əraziyə dərhal təhlükəsizlik əməkdaşları cəlb olunub.
Eldəniz Şükürov polis tərəfindən zərərsizləşdirilib.