Cəlilabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Cəlilabad rayonu, Heydər Əliyev Mərkəzində "Ailə mübahisələrində mediasiyanın rolu və üstünlükləri" mövzusunda görüş keçirilib.
Rezonans.az xəbər verir ki, görüşdə Cəlilabad Rayon İHB-nın "Yetkinlik yaşına çatmayanlarla iş şöbəsinin mütəxəssisi, Cəlilabad Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elvin Mansurov, Cəlilabad Rayon Vəkil Bürosunun vəkili Anar Ağayev, Lənkəran 1 saylı Mediasiya Təşkilatının rəhbəri, mediator Ramin Şükürov, mediatorlar İnqilab Bayram və Orxan İbrahimov iştirak ediblər.
Tədbirdə mediator Ramin Şükürov çıxış edərək ailə mübahisələrində mediasiyanın uğurlarından danışıb, ailələrin daha cox mediasiyaya üstünlük verdiklərini, mediasiyada bağlanmış barışıq sazişlərinin icrası üsulları vurğulayıb.
Tədbirdə mediator Orxan İbrahimov çıxış edərək mülki və kommersiya mübahisələrinin könüllü olaraq mediasiyada baxılmasının mümkünlüyündən danışıb.
Daha sonra tədbir iştirakçıları tərəfindən verilən suallar cavablandırılıb.