Sumqayıtda 263 kiloqramdan çox yararsız ət aşkarlandı

img

Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri daxil olan məlumat əsasında Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə Sumqayıt şəhəri, Sumqayıtçay ərazisində fəaliyyət göstərən Əlibəyov Rəşad Şiraslan oğluna məxsus obyektdə yoxlama keçiriblər.

Bu barədə Rezonans.az-a Agentlikdən məlumat verilib.

Bildirilib ki, baxış zamanı mənşəyi məlum olmayan, aşkar korlanma əlamətləri olan 263,6 kiloqram heyvan əti aşkarlanıb. Müayinələrin aparılması məqsədilə ətdən nümunələr götürülərək, Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Araşdırmalar davam etdirilir, faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülməkdədir.

Xəbəri paylaş: