"ABŞ Rusiya ilə Türkiyə arasında münasibətləri korlamaq istəyir"

img

ABŞ Rusiya Federasiyasına qarşı sanksiyalardan Rusiya ilə ticarət əlaqələri olan ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə strategiyasını qəbul edib. Məsələn, Çinə, Hindistana, Türkiyəyə, eləcə də bəzi Aİ ölkələrinə qarşı". 

Rezonans.az xəbər verir ki, bu barədə "RİA Novosti" ilə söhbətində türkiyəli tarixçi və analitik Mehmet Perinçək danışıb. 

"ABŞ bu silahlardan (sanksiya təzyiqi, - red.) Türkiyəyə qarşı fəal şəkildə istifadə edir, çünki Rusiya Ankaranın əsas ticarət tərəfdaşlarından biridir",- deyə o, vurğulayıb.

Bu baxımdan, analitikin fikrincə, Vaşinqton “Türkiyə-Rusiya münasibətlərinə xələl gətirmək məqsədi güdür”. Ekspert hesab edir ki, ABŞ üçün Rusiya Federasiyası ilə əlaqələr vasitəsilə Türkiyə iqtisadiyyatının daha da inkişaf etməsinə mane olmaq vacibdir.

Xəbəri paylaş: