Şabran rayon sakininin aldadılaraq 10 min manatının alınması barədə polisə məlumat daxil olub.
Bu barədə Rezonans.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı M.Şahmuradlı saxlanılıb:
"Onun xuliqanlığa görə axtarışda olması da müəyyən olunub. Araşdırma aparılır."