Özbəkistan və Qırğızıstan sərhədində millətlərarası qırğından sonra 14 il ərzində ilk dəfə olaraq nəqliyyatın hərəkəti bərpa edilib.
Rezonans.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qara-Suu keçid məntəqəsinin açılışı sentyabrın 12-də baş tutub və hər iki tərəfdən sərhədi keçmək üçün böyük növbələr yaranıb.
Qeyd edək ki, bu hissədə nəqliyyatın hərəkəti 2010-cu ildə əhali arasında etniklərarası münaqişə fonunda bağlanıb.
Qırğızıstan hökumətinin nümayəndəsi Bakit Torobayevin sözlərinə görə, keçid məntəqəsinin açılması əvvəllər münaqişədə olan xalqlar arasında münasibətləri gücləndirəcək.