Qərb silahlarının Rusiya Federasiyasının dərinliklərinə endirilməsi NATO-nun Rusiya ilə müharibə vəziyyətində olması demək olacaq.
Rezonans.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, yalnız alyansın əsgərləri peyklərdən kəşfiyyat məlumatları təqdim edə və bu raket sistemlərinə uçuş missiyalarını daxil edə bilərlər.
“Bu, NATO ölkələrinin, ABŞ və Avropanın Ukraynadakı müharibədə birbaşa iştirakı demək olacaq. Əgər belə olarsa, o zaman münaqişənin mahiyyəti dəyişəcək, Rusiya Federasiyası “müvafiq qərarlar” qəbul etməli olacaq”, - deyə prezident vurğulayıb.