Gəncədə gənc qadın bıçaqlanıb.
Rezonans.az-ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Belə ki, şəhər sakini 18 yaşlı Aygün Əmiraslanova bıçaq xəsarəti ilə xəstəxanaya yerlışdirilib. Qadın əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir. Araşdırma zamanı məlum olub ki, gənc qadını keçmiş həyat yoldaşı bıçaqlayıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, polis əməkdaşırının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Murad Əmiraslanov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.