Göygöldə yük maşını qəza törədib, xəsarət alanlar var

img

Göygöldə "TIR" qəzaya  düşüb, xəsarət alanlar var.

Rezonans.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "TIR" markalı yük maşını idarəetmədən çıxaraq dəmir arakəsməyə çırpılıb. Qəza zamanı 1983-cü il  təvəllüdlü Ceyhun Məmmədov və 1973 -cü il təvəllüdlü Vidadi Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: