Sərxoş kişini qatar VURDU

img

Şəmkirdə bədbəxt  hadisə baş verib.

Rezonans.az-ın məlumatına görə, hadisə Bakı-Gürcüstan dəmir yolu xəttinin rayonun Dəllər stansiyasının yaxınlığında qeydə alınıb. Hərəkətdə olan qatar dəmir yolunu keçmək istəyən rayon sakini  1971-ci il təvəllüdlü Elvar Əliyevi vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə 51 yaşlı kişi hadisə vaxtı sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: