Sərhəddə atışma - Erməni hərbçilər bir-birini güllələdi

img

Sentyabrın 15-də Ermənistanın Sünik vilayətinin Sisian rayonunda yerləşən döyüş mövqeyində 2 əsgər bir-birini güllələyib. 

Rezonans.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Məlumata görə, hərbçilər arasında mübahisə baş verib: "Hər ikisi çağırışçı əsgərdir, mübahisə edib, sonra bir-birlərinə silah tutublar. Atışma nəticəsində onların hər ikisi yaralanıb. Xəstəxanaya aparılıblar", - deyə qeyd olunub. 

Xəbəri paylaş: