BMT-dən Trampa sui-qəsd cəhdinə MÜNASİBƏT

img

"BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.

Rezonans.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik Floridada ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampa qarşı sui-qəsd cəhdini şərh edərkən bildirib.

“Keçmiş prezidentin sağ-salamat olmasına və hüquq-mühafizə orqanlarının cəld hərəkətə keçməsinə təbii ki, sevinirik. Biz, əlbəttə ki, siyasi zorakılığın istənilən formasını pisləyirik”, - deyə o bildirib.

Xəbəri paylaş: