Mingəçevirdə 30 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirildi

img

Mingəçevirdə 30 yaşlı kişiyə kəsici alətlə ağır xəsarət yetirilib.

Rezonans.az-ın məlumatına görə, 1994-cü il təvəllüdlü Nəbiyev Teymur Arif oğlu evindən çağrılaraq naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb.

Eyni zamanda ona kəsici-deşici alətlə müxtəlif bədən xəsarətləri yetirilib.

Yaralı  şəxs xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis şöbəsinə daxil olan döyülmə və kəsici-deşici xəsarət yetirmə faktı ilə bağlı Polis Şöbəsində araşdırma başlanıb.

Xəbəri paylaş: