İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 2 kq tiryək aşkarlandı - VİDEO

img

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər dəfələrlə məhkum olunan Seymur Əliyev İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotiki satmaq istəyən zaman saxlanılıb. Onun üzərindən və evindən 2 kiloqramdan artıq tiryək aşkarlanıb.

DİN-dən Rezonans.az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


Xəbəri paylaş: