Rusiya misli görünməmiş itkilər verir - Zelenski

img

Rusiya döyüşlərdə təcrübəsiz çağırışçılardan istifadə etməyi planlaşdırır.

 

Rezonans.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ölkədəki son vəziyyətlə bağlı müraciətində deyib.

 

Dövlət başçısı bildirib ki, bu ay ərzində Ukraynada Rusiyanın canlı qüvvə itkiləri 40 mini keçə bilər. Zelenskinin sözlərinə görə, müharibədə verilən itkilər Rusiya üçün misli görünməmiş olacaq.

 

Xəbəri paylaş: