Latviya Sertifikatlaşdırılmış Mediatorlar Şurası ilə əməkdaşlıq görüşü keçirilib

img

23 avqust 2024-cü il tarixində Riqada Mediasiya Şurasının üzvü, Türk Dünyası Mediatorlar Birliyinin Təhsil Məsələləri üzrə Komissiyasının rəhbəri Miryusif Cavadzadə Latviya Sertifikatlaşdırılmış Mediatorlar Şurasının sədri Faila Abbasova və müavini Kristapu Mikosu ilə görüşüb.


Rezonans.az xəbər verir ki , görüş zamanı tərəflər imzalanmış birgə əməkdaşlıq barədə memorandum çərçivəsində mediatorların hazırlığı və ixtisaslarının artırılması məqsədilə təlimlər və onların həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.


Latviya Sertifikatlaşdırılmış Mediatorlar Şurasının sədri Faila Abbasova fəal fəaliyyətinə görə Azərbaycan Respublikası Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilova təşəkkür edib.

Xəbəri paylaş: