Bakıda soyuducu və kondisionerlərə qənim kəsilən şəxs tutuldu

img

Nəsimi rayonu ərazisində yerləşən bazarda obyektlərin birinin qarşısında 2 kondisionerin və 5 soyuducunun yararsız hala salınması, 4 kondisionerin isə oğurlanması barədə polisə məlumat daxil olub. 

Rezonans.az xəbər verir ki, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən R.Mirzəyev müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.

Xəbəri paylaş: