Polis ötən gün 49 kiloqramdan çox narkotik vasitə aşkarlayıb

img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 17-də ümumi çəkisi 49,2 kiloqrama yaxın narkotik vasitə, həmçinin 4 min 782 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Rezonans.az-a verilən məlumata görə, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Xəbəri paylaş: