Rusiya Paşinyanın KTMT ilə bağlı ittihamlarına CAVAB VERDİ

img

Ermənistan Rusiyanın yaxın tərəfdaşıdır və Moskva ilə İrəvan arasında təmaslar davam edəcək".

Rezonans.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, respublikanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətləri ilə bağlı məsələlər Ermənistan dövlətinin suveren hüquqları sahəsinə daxildir.

"Biz qəti şəkildə Paşinyanla razılaşmamalıyıq, Ermənistanın suverenliyinə heç bir təhlükə KTMT-dən gələ bilməz və gəlmir, əksinə, bu təşkilat üzv dövlətlərin suverenliyini qoruyur". 

Kreml nümayəndəsinin sözlərinə görə, Moskva bu mövqeyi Ermənistan rəhbərliyinin diqqətinə çatdırmağa çalışacaq.

Xəbəri paylaş: