Belarusda hökuməti devirmək üçün sui-qəsdçilər ölkə prezidenti Aleksandr Lukaşenkonun helikopterini vurmağı planlaşdırıblar.
Rezonans.az Belarus KİV-ə istinadən xəbər verir ki, iş üzrə müttəhimlərdən biri Yuri Zenkoviç cinayət niyyətini etiraf edib.
"Onlar dövlət başçısının helikopterini ya havaya qalxarkən, ya da enərkən ağır pulemyotla vuracaqdılar", - Zenkoviç bildirib.