Danimarka Kraliçası xəstəxanaya yerləşdirilib

img

Oğlunun xeyrinə taxtdan imtina edən Danimarka Kraliçası II Marqret Fredensborqdakı iqamətgahında yıxılıb.

Rezonans.az xəbər verir ki, b barədə “Ritzau” qəzeti məlumat dərc edib. Hadisədən dərhal sonra Kraliça xəstəxanaya yerləşdirilib. 

Sarayın sözçüsü "Kraliça şəraiti nəzərə alaraq yaxşı vəziyyətdədir, lakin hazırda həkim nəzarətindədir", - deyib. 

Yanvar ayında II Marqret 52 il sonra taxtdan imtina edib.  Bundan sonra onun oğlu Frederik X Danimarkanın yeni kralı olub.

Xəbəri paylaş: