İsrail səfirindən Azərbaycana təbrik

img

İsrailin Bakıdakı səfiri Corc Dik Azərbaycanı 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.

Rezonans.az xəbər verir ki, səfir bu barədə “X” hesabında paylaşım edib.

“Dövlət Suverenliyi Günün mübarək, Azərbaycan”, - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, dünən prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.

Xəbəri paylaş: