Dövlət Dəniz və Liman Agentliyində “Açıq qapı” günü keçiriləcək

img

Dövlət Dəniz və Liman Agentliyində sentyabrın 25-də saat 10:00-da “Açıq qapı” günü keçiriləcək.

Rezonans.az xəbər verir ki, məqsəd dənizçilərin sertifikatlaşdırılması, bilik və bacarıqlarının qiymətləndirilməsi sahəsində həyata keçirilən islahatlar barədə dənizçilərin maarifləndirilməsi, onların sual və təkliflərinin yerində dinlənilərək operativ şəkildə cavablandırılmasıdır. 

İştirak etmək istəyən dənizçilər müvafiq məlumatları (ad, soyad və əlaqə nömrəsi) [email protected] e-poçt ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər.

Məlumat üçün bildirək ki, agentliyin göstərdiyi xidmətlərlə bağlı vətəndaş məmnunluğunun təmin olunması məqsədilə “Açıq qapı” günlərinin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

Bu barədə qurumun rəsmi veb-saytında və sosial şəbəkə hesablarında məlumat veriləcək.

Xəbəri paylaş: