Sosial şəbəkələrdə Sumqayıtda 21 nömrəli məktəbin direktoru Qədir Mikayılovun 5-ci sinif şagirdlərindən pul tələb etməsi ilə bağlı yayılan iddialar araşdırılır.
Rezonans.az xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, hazırda sözügedən məsələ Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb:
"Araşdırma aparılır. İctimaiyyətə araşdırmanın nəticələri barədə məlumat veriləcək".
Qeyd edək ki, valideynlərin iddiasına görə, Qədir Mikayılov növbəni dəyişmək üçün 5-ci sinif şagirdlərindən 200 manat pul tələb edib. Həmin məbləği verməyən valideyinlərin uşaqların sinifini dəyişərək, nisbətən zəif siniflərə köçürür.