Xətaidə su kəsiləcək

img

Xətai rayonunun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.

Bu barədə Rezonans.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu, magistral su kəməri üzərində aparılacaq təmir işləri ilə əlaqədardır.

Bu səbəbdən 23 sentyabr saat 12:00-dan 24 sentyabr saat 12:00-dək  Xətai rayonunun bəzi ərazilərinə suyun verilməsində fasilə olacaq.

Xəbəri paylaş: