Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın vəzifəsini müvəqqəti olaraq vitse-prezident Cevdet Yılmaz icra edəcək.
Rezonans.az "Resmi Gazete"yə istinadən xəbər verir ki, buna səbəb Ərdoğanın sentyabrın 21-dən 26-dək davam edəcək ABŞ-yə səfəri ilə bağlıdır.
Məlumata görə, bununla əlaqədar Türkiyə Konstitusiyasının 106-cınmaddəsinə uyğun olaraq prezidentin vəzifələrini vitse-prezident icra edəcək.