Qəzzada HƏMAS-ın komanda mərkəzinə zərbə endirildi

img

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzzadakı Əl-Fəlah məktəb binasında HƏMAS komandanlıq mərkəzinə dəqiq zərbə endirdiyini bildirib.

Rezonans.az xəbər verir ki, hücum hesabatı IDF Telegram kanalında dərc edilib. 

"Əvvəllər Əl-Fəlah məktəbi kimi fəaliyyət göstərən kompleksin daxilində yerləşən komanda və idarəetmə mərkəzi HƏMAS terrorçuları tərəfindən IDF qoşunlarına və İsrail dövlətinə qarşı terror hücumları planlaşdırmaq və həyata keçirmək üçün istifadə edilib", - İsrail ordusu bildirib.

Hadisə nəticəsində 10-dan insanın öldüyü bildirilib. 

Xəbəri paylaş: