Stoltenberqin ardınca NATO da istefa verməlidir

img

Təşkilatın səlahiyyət müddəti oktyabrın 1-də başa çatacaq baş katibi Yens Stoltenberqin ardınca NATO bütövlükdə “təqaüdə çıxmalıdır”.

Rezonans.az xəbər verir ki, bu barədə Çinin "Globasl Times" nəşri yazıb. 

"Biz NATO-nu vəzifədən gedən baş katiblə birlikdə mümkün qədər tez “təqaüdə çıxmağa” çağırırıq", - nəşr ifadə edib. 

Məqalə müəllifləri qeyd edirlər ki, Alyans dünyada nizam-intizam yaratmaq əvəzinə, əksinə, özünün müxtəlif regionlarında münaqişə ocağı yaradır. 

Materialda həmçinin belə bir fikir irəli sürülür ki, Soyuq Müharibənin başa çatması ilə alyans öz mövcudluğunu dayandırmalı idi.

Çin hesab edir ki, NATO “düzgün edə bilər” prinsipi ilə işləyir.

Xəbəri paylaş: