Reytinq uğrunda mənəvi dəyərlərin zəiflədiyi efir: Cəmiyyətin etikası təhlükədə

img

Son illərdə bəzi televiziya aparıcılarının efirdəki davranışları cəmiyyətin narazılığına səbəb olur. Xüsusilə bəzi aparıcılar reytinq naminə tamaşaçıların diqqətini cəlb etmək üçün, şou yaradaraq özlərinə populyarlıq qazanmağa çalışırlar. Televiziya ekranlarında cəmiyyətin mənəvi dəyərlərinə zidd çıxışlar etməklə, onlar yalnız özlərini deyil, həm də bu proqramları izləyən insanları yanlış  yönləndirirlər. Gənclər belə verilişlərdən hansı tərbiyəni ala bilər.


Bu cür aparıcılar öz peşə borclarını unudaraq, əslində cəmiyyətin mədəniyyətinə və etik qaydalarına hörmətlə yanaşmaq əvəzinə, efirdə qalmaqal yaratmağa üstünlük verirlər. Halbuki, televiziya və efirlər cəmiyyətdə maarifləndirici və əyləndirici funksiyanı daşımalıdır və tamaşaçılara sağlam bir məzmun təqdim etmək üçün məsuliyyət daşıyırlar. Xalqın mənəvi və etik dəyərlərini nəzərə almayan bu aparıcılar özləri əvvəlcə davranışlarına diqqət yetirməli və öz məsuliyyətlərini dərk etməlidirlər.


Cəmiyyətin etimadını qazanan bir televiziya efiri yalnız reytinq deyil, həm də yüksək mənəvi və etik dəyərlərlə müşayiət olunmalıdır. Bu mənada, aparıcılar xalqın güzgüsü olmalı, onların hüquq və mədəniyyətlərinə hörmətlə yanaşmalıdırlar.


Sahilə Bayramlı

Xəbəri paylaş: