Metroda qatarda nasazlıq ehtimalı yarandı - Sərnişinlər düşürüldü

img

Bakı metrosunun “Dərnəgül” – “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatarın qapısında nasazlıq ehtimalı yaranıb və bu səbəbdən sərnişinlər düşürülüb.

Rezonans.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Qatar “Elmlər Akademiyası” stansiyasında olarkən maşinsit qapıya baxış keçirb.

“Bakı Metropoliteninin normativ tələblərinə uyğun olaraq əlavə baxış keçirilməsinə ehtiyac olduğu üçün sərnişinlər düşürülüb, qatar elektrik deposuna yola salınıb. Əvəzində ehtiyat qatar verilib, bunun nəticəsində xətdə iki qatar arasında intervaldan əlavə olaraq dörd dəqiqə yubanma yaranıb”, – deyə Bəxtiyar Məmmədov qeyd edib.

Xəbəri paylaş: