Poroşenko və oğlu terrorçular siyahısına daxil edildi

img

Rosfinmonitorinq terrorçu və ekstremistlər siyahısına Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko və onun oğlu Alekseyin də əlavə edib.

Rezonans.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

"Terrorçuların və ekstremistlərin siyahısı daxildir: Poroşenko Petr Alekseeviç, 26 sentyabr 1965-ci ildə Ukrayna SSR-nin Odessa vilayətinin Bolqrad şəhərində anadan olub, Poroşenko Aleksey Petroviç, 6 mart 1985-ci ildə Ukrayna SSR, Kiyev şəhərində anadan olub", - məlumatda qeyd olunub.  

Xəbəri paylaş: