Bu yolda sürət həddi endirildi

img

Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Rezonans.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. 

Qeyd edilib ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.

Xəbəri paylaş: