Rusiya Silahlı Qüvvələrinin döyüşçüləri Kursk vilayətində təxminən bir ay mühasirədə qaldıqdan sonra xilas ediliblər.
Rezonans.az xəbər verir ki, bunu “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandiri, Rusiya Müdafiə Nazirliyinin Baş hərbi-siyasi idarəsinin rəis müavini, general-mayor Apti Alaudinov bildirib.
Onun sözlərinə görə, xüsusi təyinatlıların mühasirəyə alınmış Rusiya hərbçilərinə birbaşa çıxışı olmayıb: "Təbii ki, vəzifələrindən imtina edib ordan getmək istəsəydilər, gedərdilər. Lakin bu, çox vacib logistika mərkəzidir, ona görə də növbəti sahədə xüsusi bir mövqe əldə etmədən onları xilas edə bilməzdik. Bundan sonra hərbçiləri mühasirədən çıxardıq".
Alaudinovun sözlərinə görə, xilas edilən bütün əsgərlər xəstəxanalardadır. O əlavə edib ki, onların əksəriyyətinin Moskva və Rusiyanın digər regionlarında müalicə olunmaq üçün Kursk vilayətindən çıxarılmasına qərar verilib.