Rusiyanın Beyrutdakı səfirliyi rusları Livana turist səfərlərindən çəkinməyə və kommersiya reysləri ilə ölkə ərazisini tərk etməyə çağırıb.
Rezonans.az xəbər verir ki, bu barədə Rusiyanın Livandakı səfiri Aleksandr Rudakov "Rossiya-24" telekanalının efirində bildirib.
"Sizə xatırladırıq ki, indi turist səyahətinin vaxtı deyil və Livanda özlərini təhlükəsiz hiss edənlər üçün Beyrut hava limanı demək olar ki, normal işləyərkən kommersiya uçuşlarından istifadə etməyi tövsiyə edirik", - səfir qeyd edib.