Toy karvanı qəzaya düşdü - 5 nəfər öldü

img

Bu gün saat 14:30 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1991-ci il təvəllüdlü (qadın) şəxs ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Rezonans.az-a TƏBİB-dən bildirilib.

Məlumata görə, yaralıya qapalı kəllə-beyin travması, çoxsaylı yaralar, o cümlədən sağ bud və alt çənə sümüyünü sınığı diaqnozları təyin edilib: "Dərhal reanimasiyon tədbirlərin həyata keçirilməsinə baxmayaq yaralının həyatını xilas etmək mümkün olmayıb. Saat 15:20-də ölüm faktı qeydə alınıb".

Qeyd edək ki, hadisə nəticəsində daha 4 nəfərin həkiməqədər ölümü qeydə alınıb.

*** 15:50

Biləsuvar rayonunda toy karvanı zamanı ağır yol qəzası baş verib.

Rezonans.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun Çaylı kəndi ərazisindən keçən hissəsində baş verib. Hadisə nəticəsində 4 nəfərin öldüyü bildirilir. Yaralılar da var.

Faktla bağlı araşdırma aparılır.

***

Qəza nəticəsində yaralanan şəxs də vəfat edib. Bununla da ölənlərin sayı 5-ə çatıb.

Xəbəri paylaş: