İsrail Hərbi Hava Qüvvələri Beyruta raket zərbəsi endirib, nəticədə Livanın "Hizbullah" hərəkatının raket qüvvələrinin komandiri İbrahim əl-Qubaisi məhv edilib.
Rezonans.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
"Onunla birlikdə bu terror təşkilatının raket birləşmələrinin digər aparıcı liderləri də hücuma məruz qalıb", - məlumatda qeyd edilir.
İDF-nin məlumatına görə, İbrahim əl-Qubaisi raket birləşmələrinə komandanlıq edib və uzun illər "Hizbullah"ın İsraildəki zərbələrinə cavabdeh olub.