Almaniya və Ermənistanın xarici işlər nazirləri Annalena Berbok və Ararat Mirzoyan Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqları müzakirə ediblər.
Rezonans.az xəbər verir ki, bu barədə A.Mirzoyan "X" sosial şəbəkəsində yazıb.
"Biz ikitərəfli gündəliyi və Ermənistan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətlərini, eləcə də regional mövzuları müzakirə etdik. Cənubi Qafqazda baş verən son hadisələr, habelə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması imkanları daxil olmaqla sülh prosesi ilə bağlı fikir mübadiləsi aparılıb", - o yazıb.
Görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.