Təhsil Nazirliyinə məxsus binada yanğın

Təhsil Nazirliyinə məxsus binada yanğın

Şamaxı rayonunun Şirvan kəndində Təhsil Nazirliyinə məxsus (fəaliyyət göstərməyən və istifadəyə yararsız) orta məktəb binası yanıb. 

Rezonans.az xəbər verir ki, ümumi sahəsi 330 m² olan birmərtəbəli orta məktəb binasının yanar konstruksiyaları 120 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın Fövqaladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbəri paylaş: