"İrəvan sülh müqaviləsinin imzalanması üçün Ankaradan kömək istəyib" - Ərdoğan

img

İrəvan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün Ankaradan kömək istəyib.

Rezonans.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

Ərdoğan qeyd edib ki, Türkiyə artıq bu məqsədə çatmaq üçün səy göstərir. 

Bundan əvvəl Ərdoğan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nyu-Yorkdakı Türk Evində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

İrəvan və Bakı arasında sülh müqaviləsi üzrə danışıqlar 2022-ci ildə Rusiya, ABŞ və Aİ-nin vasitəçiliyi ilə başlayıb. Həmin ilin mayında Paşinyan Ermənistanın Qarabağ da daxil olmaqla, SSRİ sərhədləri daxilində Azərbaycanın suverenliyini tanımağa hazır olduğunu bəyan edib.

Xəbəri paylaş: