Gürcüstan prezidenti xalqı mitinqə ÇAĞIRDI

Gürcüstan prezidenti xalqı mitinqə ÇAĞIRDI

Gürcüstan Prezidenti Salome Zurabişvili xalqı mitinqə çağırıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

 

Bildirilib ki, Zurabişvili vətəndaşları iyunun 16-da paytaxt Tbilisidə Avropaya inteqrasiya siyasətinə dəstək aksiyasına qoşulmağa səsləyib. Aksiya Avropa meydanına təşkil olunacaq:

 

“İyunun 16-da sizi Avropa Meydanına və Rike Parkın yaxınlığında toplaşmağa dəvət edirəm. Gəlin, bir-birimizin gözünə baxaq və Avropaya inteqrasiya yolunda özümüzü, birliyimizi və iradəmizi göstərək. Əhali, cəmiyyət, siyasi partiyaların nümayəndələri, hakimiyyət - hamımız sadə vətəndaş olacağıq. Çıxışlar, bəyanatlar, plakatlar olmayacaq”.

 

Qeyd edək ki, mitinq yerli vaxtla saat 17:00-a planlaşdırılıb.

Xəbəri paylaş: