Türkiyədəki zəlzələdə ölümlərə səbəb olan şəxsə 865 il həbs cəzası

img

Türkiyədə 2023-cü il fevralın 6-da baş verən zəlzələlər zamanı Adanada 96 nəfərin ölümünə səbəb olan yaşayış binasının podratçısı ilə bağlı məhkəmə qərar verib. 

Rezonans.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. 

Həsən Alpargün 62 dəfə ömürlük və 865 il həbs cəzasına məhkum edilib. 

Onun zəlzələ günü Şimali Kipr Türk Cümhuriyyətinə qaçdığı məlum olub. Bundan sonra Alpargün Adanaya gətirilərək 2023-cü il fevralın 13-də həbs olunub. 

Xəbəri paylaş: