İranda İsrailin əlinin çata bilməyəcəyi yer yoxdur - Netanyahu

img

Tehrana bir mesajım var: əgər İran bizə hücum edərsə, biz də onlara hücum edəcəyik. 

Rezonans.az xəbər verir ki, bu barədə bu gün İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı bildirib.

“İranda elə bir nöqtə yoxdur ki, İsrailin ora əli çatmasın”, - Baş nazir vurğulayıb.

O, İranın Yaxın Şərqdəki proksi qüvvələrini də təhdid edib.

“Burdakılara və dünyaya da bir mesajım var: biz qalib gəlirik!”, - Netanyahu əlavə edib.

Xəbəri paylaş: