Azərbaycanın maliyyə naziri Samir Şərifov ölkədə devalvasiya olacağı ilə bağlı iddialara aydınlıq gətirib.
Rezonans.az Trend-ə istinadən bildirir ki, bu barədə nazir jurnalistlərə açıqlamasında bildirib.
"Biz Milli Məclisə dövlət büdcəsinin növbəti il üçün layihəsini təqdim edərkən bizim hesablamalar mövcud məzənnə üzərində qurulub.n.
Ölkəmizdə devalvasiya olacağı dedi-qodudan başqa bir söhbət deyil. Bu məsələni şərh etmək istəmirəm", - deyə nazir qeyd edib.
Qeyd edək ki, Maliyyə Nazirliyinin hesabatına əsasən, İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2025-2028-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb. Proqnozlara əsasən, ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2028-ci ildə 112,5 milyard manata, xərclərinin isə 107,9 milyard manata qədər yüksəlməsi gözlənilir.