Bitum daşıyan maşın aşıb, maye yola dağılıb

Bitum daşıyan maşın aşıb, maye yola dağılıb

Sabunçu rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında bitum daşıyan yük maşını aşıb. Hadisə nəticəsində avtomobildə olan maye yola dağılıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Rezonans.az-a verilən məlumata görə, nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədilə metronun "20 Yanvar" stansiyası istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Xəbəri paylaş: